Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Çin ümid edir ki, bütün maraqlı tərəflər Suriya xalqının uzunmüddətli və əsas maraqlarına cavabdehlik prinsipi əsasında sabitlik və asayişi bərpa etmək üçün tezliklə siyasi həll yolu tapacaqlar.
525.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq Suriyadakı vəziyyətlə bağlı sualları cavablandırarkən bildirib.
XİN rəsmisi deyib ki, Çin Suriyadakı vəziyyətin inkişafını diqqətlə izləyir. Ölkənin gələcəyini və taleyini Suriya xalqı özü həll etməlidir.
Pərvanə Sultanova