525ci qəzet Şuşada fləşmob keçirilib VİDEO

19.11.2024

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azad edilmiş ərazilərdə Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob Şuşada təşkil edilib.

525.az-a bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Şuşa şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.

Doğma yurda qayıdışın sevincini yaşayan uşaqlar birlikdə “Şuşa” sözünü “canlandırıblar”.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, Qarabağa və Şərqi Zəngəzura "Böyük Qayıdış" Proqramı intensiv qaydada icra edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью