525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ankarada Türk Ocaqları Mərkəzi Qərargahının toplantı salonunda Azərbaycan Türk Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə "Şuşadan İstanbula Sürəyya Ağaoğlu yolu" adlı konfrans keçirilib.
525.az xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə birgə keçirilən layihə 1903-cü ildə Şuşada doğulan, 1910 -cu ildə ailəsi ilə birgə İstanbula köçən, Türkiyənin ilk qadın hüquq vəkili, içtimai xadim, dövrünün tanınan hüquq müdafiəçisi Sürəyya Ağaoğlunun həyatı və fəaliyyətindən bəhs edir.
Qeyd edək ki, layihə çərcivəsində "Şuşadan İstanbula Sürəyya Ağaoğlu" kitabı cap olunub, Bakı Dövlət Universitetində, İlahiyyat İnstitutunda konfranslar keçirilib.
Konfransı giriş sözü ilə açan Aziz Yıldan Azərbaycan Türk Ocağının fəaliyyəti, həyata keçirdiyi layihə barədə iştirakçılara məlumat verib.
Böyük mütəfəkkir, məşhur publisist Əhməd bəy Ağaoğlunun ailəsində dünyaya göz açan Sürəyya Ağaoğlunun Türkiyə Cümhuriyyətinin inkişafına yön verən qadınlardan biri olduğunu qeyd edən Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri Akif Aşırlı bəzi tarixi fakt və hadisələri konfrans iştirakçıların diqqətinə çatdırıb .A.Aşırlı S.Ağaoğlunu və bütövlükdə Ağaoğlular ailəsinin yetişdirdiyi şəxsiyyətləri Türkiyə və Azərbaycanın ortaq dəyərləri adlandırıb.
O, bildirib ki, S.Ağaoğlu 1921 - ci ildə qızların hüquq təhsili almasının önünü açaraq böyük fədakarlıqlar göstərib.
S.Ağaoölu 1928 -ci ildən müstəqil şəkildə vəkilliklə məşğul olmağa başlayıb və Türkiyə tarixində ilkə imza atıb.