525ci qəzet Tahir Gözəl: Qarabağ meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq |…
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Komandamız meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq. 525.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.
UEFA Avropa Liqasının Liqa mərhələsində qarşılaşacaqları "Lion" (Fransa) oyunu öncəsi komandanın mətbuat xidmətinə danışan klub rəhbəri qələbə qazanmaq istədiklərini bildirib: “Komandamız təkcə Fransanın deyil, Avropanın adlı-sanlı klublarından hesab olunan “Lion”u qəbul edəcək.
Bir çox tanınmış futbolçulara malik rəqibin ulduzları Bakıda qonağımız olacaq.
Ötən tur “Bodo Qlimt”ə (Norveç) qalib gələn “Qarabağ” meydana ardıcıl ikinci qələbəsini qazanmaq üçün çıxacaq.
Futbolçularımız Norveçdə olduğu kimi yenə azarkeşlərimizə sevinc bəxş etmək üçün sonadək və var gücüylə mübarizə aparacaq.
Təəssüf ki, təxirəsalınmaz işlərlə əlaqədar bu həyəcanı komandamla, azarkeşlərimizlə birlikdə yaşaya bilməyəcəyəm.
İşgüzar səfərdə olacağım üçün qarşılaşmanı stadiondan izləyə bilməyəcəm. Amma ürəyim hər zaman olduğu kimi “Qarabağ”la birgə olacaq.
Tam oxu
Xəbəri oxu