525ci qəzet TDT Aktauda AZALın təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı verib

25.12.2024

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türk Dövlətləri Təşkilatı Qazaxıstanın Aktau şəhərində "Azərbaycan Hava Yollarına" məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı verib.

525.az xəbər verir ki, bununla bağlı TDT-nin sosial media hesabında paylaşım edilib.

“AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi qəzaya uğraması bizi dərin kədərləndirib.
Həyatını itirənlərin ailələrinə başsağlığı verir, qəzadan sağ çıxanlara isə tezliklə şəfa diləyirik. Bütün dualarımız bu faciəli hadisədən zərər çəkmiş qardaş və bacılarımızladır.

Bu kədərli zamanda bütün zərər çəkmiş dövlətlərə səbir və başsağlığı diləyirik”, - başsağlığında bildirilb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью