525ci qəzet Təyyarə siçanlara görə 1 həftədir uça bilmir | Icma.az
Icma.az, 525.az portalına istinadən məlumat verir. Portuqaliyanın TAP aviaşirkətinə məxsus "Airbus 320" təyyarəsi noyabrın 12-dən Azor adala
525.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarənin uça bilməməsinə səbəb texniki nasazlıq və ya hava şəraiti deyil, siçanlardır.
Məsələ burasındadır ki, Lissabondan Azor adalarına uçan təyyarənin yük yerində sifarişlə bir neçə növ heyvan da gətirilibmiş.
Təyyarə "Ponta-Delqada"da eniş etdikdən sonra məlum olub ki, 132 hamster saxlandıqları qutunu deşərək "azadlığa çıxıblar".
Aeroport əməkdaşları 4 gün siçan "ovu" ilə məşğul olsalar da, onların hamısını ələ keçirə bilməyiblər.
Şənbə gününə olan məlumata görə, 16 siçan hələ də təyyarədə gizlənib.
Təlimata görə, gəmiricilər aşkarlananda təyyarənin uçuşuna icazə verilmir.
Çünki onlar kabel və naqilləri gəmirərək qəzaya səbəb olan problemlər yarada bilərlər.
Tam oxu
Xəbəri oxu