525ci qəzet Tramp Rusiya Mərkəzi Bankına qarşı sanksiyaları ləğv edə bilər

11.12.2024

525.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rusiya Mərkəzi Bankının aktivlərini donduran sanksiyaları ləğv edə bilər.

525.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Bildirilir ki, Tramp Ukraynaya kredit məsələsinə yenidən baxmaq üçün bu addımı ata bilər.

Nəşr xatırladır ki, ABŞ prezidenti Co Baydenin administrasiyası artıq Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən alınan faizlər hesabına Ukraynaya 20 milyard dollar köçürüb.

Qeyd edək ki, bir müddət əvvəl Ağ Ev antirusiya sanksiyalarının faydasız olduğunu etiraf edib.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью