525ci qəzet Tramp Zelenski görüşünə hazırlıq gedir Ukrayna XİN | Icma.az
525.az saytına istinadən Icma.az xəbər verir. Kiyev yanvarın 20-də andiçmə mərasimindən qısa müddət sonra Vladimir Zelenski ilə ABŞ-ın yeni
525.az xəbər verir ki, bu barədə KİV-ə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Tixi deyib.
Onun sözlərinə görə, Kiyev ABŞ-ın yeni administrasiyası ilə əməkdaşlığa fokuslanıb və Zelenski ilə Trampın görüşünü səbirsizliklə gözləyir.
“Bizim mövqeyimiz çox sadədir: biz Ukraynada hamımız müharibəni Ukrayna üçün ədalətli şəkildə bitirmək istəyirik.
Görürük ki, prezident Tramp da müharibəni bitirməkdə qərarlıdır. İndi prezidentlər Tramp və Zelenskinin görüşünü gözləyirik.
Bizim üçün əsas məsələ sülh naminə Amerika ilə birgə işləməkdir”, - o bildirib.
Əlavə edib ki, hazırda Trampın andiçmə mərasimindən dərhal sonra ən yüksək səviyyədə Ukrayna-Amerika təmaslarına hazırlıq gedir.
Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, tərəflər arasında təmaslar şübhəsiz ki, baş tutacaq.
Tam oxu
Xəbəri oxu