525ci qəzet Trampın prezidentlik dönəmində əlaqələrimiz daha da inkişaf edəcək Millət vəki…
525.az saytına istinadən Icma.az xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa telefon zən
Bu fikirləri 525.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputat xatırladıb ki, bu ay Amerikada Prezident seçkiləri keçirilib və nəticələr artıq elan edilib: “Bu mənada Prezident İlham Əliyevin Trampa zəngi xüsusi önəm daşıyır və bu, həm də əlaqələrin gələcəkdə inkişafı baxımından əhəmiyyətlidir.
Əlbəttə ki, burda ən önəmli məsələ dünyamızı qorumaq, sabitliyi təmin etmək, xüsusilə də ənənəvi dəyərlərin qorunması, təhlükəsizliyin təmin olunmasıdır.
Çünki əks halda bütün bunlar gələcəkdə ciddi problemlər yarada bilər.
Bütün dünyanın ümidi ondan ibartətdir ki, Trampın hakimiyyətə gəlməsi ilə yanaşma dəyişəcək, biz dünyamızın daha az münaqişələrdən əziyyət çəkəcəyinin şahidi olacağıq.
Yəni, bu bizə imkan verəcək ki, dünyada sabitlik, əmin-amanlıq və istiqrar təmin olunsun.
Bu anlamda qeyd edilənlər vacib və önəmli məsələlərdir. Ona görə də bu istiqamətdə addımların atılması da xüsusi önəm, əhəmiyyət daşıyır”.
Tam oxu
Xəbəri oxu