525ci qəzet Türk Dünyasının Zirvədən Zirvəyə uzanan yolları... | Icma.az
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. Türk Dünyası tarixinin ən parlaq dövrlərindən birini yaşayır.
Artıq Böyük Turan yolunda hər gün yeni addımlar atılmaqda, gələcəyin müqəddəs arzuları addım-addım gerçəkləşməkdədir.
Hər gün mətbuat səhifələrindən, internet resurslarından, beynəlxalq tədbirlərdən, bəşəriyyətin həyatına birbaşa təsiri olan qlobal yeniliklər içərisindən Türk Dünyasının gələcəyinə yönəlik müjdəli xəbərlər gəlməkdədir.
Son dönəmdə gündəm olan Türk Dünyasının ortaq bayrağının müəyyənləşməsi qərarı, ortaq əlifbası ilə bağlı tarixi qərar bütün Türk ellərində, o cümlədən, türkləri özlərinə doğma sayan dövlətlərdə bayram sevincinə səbəb olan yeniliklər kimi yadda qaldı.
Türk ölkələrinin müştərək təşkilatlarının, qardaş qurumlarının bir-birinə bağlı, koordinasiyalı, eyni müqəddəs məqsədə, şərəfli amala yönəlik addımları, əlbəttə ki, Türk ailəsi - Türk Dünyası adına qürur doğuracaq, fəxarət yaşadan hadisələr cərgəsindədir.
Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin də dediyi kimi: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk Dünyasıdır”.
Türk ailəsində Türk Mədəniyyəti və İrsi Fondunun vacib yeri Türk ailəsinin - Türk Dünyasının birliyi naminə fəaliyyət göstərən təşkilatlardan biri də Türk Mədəniyyəti və İrsi Fondudur.
Fond beynəlxalq müstəvidə öz nüfuzunu gün-gündən artıraraq Türk Dünyasının qədim irsini, mədəni mirasını həm hifz edir, həm də dünyada layiqincə tanıdır.
Tam oxu
Xəbəri oxu