525ci qəzet Türkiyənin sabiq xarici işlər naziri ATƏTin yeni baş katibi olub

06.12.2024

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Türkiyənin sabiq xarici işlər naziri Feridun Sinirlioğlu ATƏT-in yeni baş katibi olub.

525.az “Report” -a istinadən xəbər verir ki, bunu ATƏT-in hazırkı sədri, Malta Respublikasının xarici işlər, Avropa məsələləri və ticarət naziri Yan Borq deyib.

"ATƏT-in yeni rəhbərliyini təbrik edirik. Feridun Sinirlioğlu (Türkiyə) - baş katib, Maria Telalian (Yunanıstan) - Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri, Kristof Kamp (Niderland) - ATƏT-in milli azlıqlar üzrə ali komissarı, Yan Bratu (Norveç) – KİV azadlığı məsələləri üzrə nümayəndə seçilib”, - Y.Borq "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью