Icma.az bildirir, 525.az portalına istinadən.
Ukraynada 2024-cü ildə hərbçilərə məxsus 341 şəxsi avtomobil yandırılıb.
525.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin başçısının müavini Andrey Nebitov bildirib.
Onun sözlərinə görə, ötən il bu tip hallarla nadir hallarda rastlaşmaq mümkün idisə, bu il avtomobillərin yandırılması sanki adət halını alıb.
Qeyd edək ki, bəzi insanlar məcburi səfərbərliyə etiraz əlaməti olaraq hərbçilərə məxsus avtomobilləri yandırırlar. Bundan başqa bir neçə dəfə çağırışla bağlı sənədləri ünvanına çatdıran poçt şöbələrində də yanğın törədilib.
L.Tağıyeva