Icma.az, 525.az portalına istinadən məlumat verir.
Ukraynanın bir çox böyük şəhərində partlayışlar baş verib.
525.az APA-ya istinadən xəbər verir ki, ölkənin hər yerində hava hücumu xəbərdarlığı elan edilib.
Yerli ictimaiyyət Kiyev, Dnepr, Odessa, Zaporojye, Krivoy Roq, Rivne, İvano-Frankivsk və digər şəhərlərdə partlayışlar olduğunu bildirir.
Hücumların enerji obyektlərinə yönəldiyi qeyd olunur.
Bir çox şəhərdə fövqəladə elektrik enerjisi kəsilməyə başlayıb. Belə ki, Kiyev, Krivoy Roq, Dnepr və Odessa sakinləri elektrik enerjisinin kəsilməsi barədə məlumat verirlər.