525ci qəzet Ümidvaram ki, tərəflər COP29da mühüm razılaşmalar əldə edəcək Ukraynalı jurnal…
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. "Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal tərəfdaşdır.
Ümidvaram ki, tərəflər COP29 çərçivəsində mühüm razılaşmalar əldə edəcəklər".
525.az xəbər verir ki, bu barədə AZƏRTAC-a ukraynalı jurnalist Lesya Kesarçuk bildirib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə mübarizə bütün ölkələrin, o cümlədən inkişaf etmiş dövlətlərin ümumi məsuliyyətidir.
Agentliyin həmsöhbəti vurğulayıb ki, hazırkı sammit “maliyyə COP-u” adlanır, çünki tərəflər 15 ildə ilk dəfə olaraq inkişaf etməkdə olan ölkələrdə iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin dəstəklənməsi üçün maliyyələşdirmənin həcmini və strukturunu nəzərdən keçirirlər.
Ukrayna üçün isə sammit çərçivəsində Azərbaycan tərəfi ilə əməkdaşlıq iqlim dəyişikliyi ilə mübarizədə çox mühüm addımdır.
“İndi Ukraynada iqlim dəyişikliyi ilə mübarizə üzrə yeni proqramlar yaratmaq, eləcə də ekoloji layihələr təqdim etmək lazımdır.
Ukrayna və Azərbaycan arasında COP29 çərçivəsində imzalanmış Əməkdaşlıq Memorandumu yeni proqramların işə salınmasına şərait yaradacaq.
Tam oxu
Xəbəri oxu