525ci qəzet Xaçmaz” ESdə 5 milyard kilovatsaatdan çox elektrik enerjisi istehsal olunub

07.12.2024

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

“Xaçmaz” Elektrik Stansiyasında istismara verildiyi tarixdən bu günədək ümumilikdə 5,4 milyard kilovat-saat elektrik enerjisi istehsal olunub.

525.az-a Energetika Nazirliyindən bildirilib ki, modul tipli “Xaçmaz” Elektrik Stansiyası 2006-cı il dekabrın 7-də istismara verilib.

Hər birinin gücü 8,7 meqavat olan 10 ədəd qaz porşenli aqreqatdan ibarət stansiyanın ümumi qoyuluş gücü 87 meqavat təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью