525ci qəzet Yetmiş kiloqramlıq qızıl qaçaqmalçılığı üzrə daha bir nəfər Türkiyədə cinayət məsuliyyətinə cəlb olunub

29.11.2024

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yetmiş kiloqramlıq qızıl qaçaqmalçılığı cinayətində iştirakına əsaslı şübhələr müəyyən edilmiş Anar Qasımov Türkiyə Respublikasında saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

525.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

O da qeyd olunub ki, araşdırmalar nəticəsində hava limanındakı qeyd olunan saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta aşkar edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью