525ci qəzet Yunanıstanda son 100 ildə ən az doğuş qeydə alınıb

12.12.2024

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən il Yunanıstanda 71.400-dən bir qədər çox doğuş qeydə alınıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu son 100 ildə ən aşağı göstəricidir.

Yunanıstan nəinki Avropada, ümumiyyətlə, dünyada ən aşağı doğum göstəricisi olan ölkələrdəndir.  Əgər 1950-ci ildə ölkə üzrə göstərici 2,6 təşkil edirdisə, hazırda bu rəqəm 1,3-dür. Başqa sözlə, hər 2 ölüm faktına 1,3 doğuş düşür. Əhalinin yenilənməsi üçün sözügedən rəqəm azı 2,1 olmalıdır.

Yeri gəlmişkən, ölkədə yaşı  65-i keçmiş insanların sayı 0-14 yaşlı uşaqlarla müqayisədə 2 dəfə çoxdur.

L. Tağıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью