525ci qəzet “Zirə” məşqçisi ilə yolları ayırdı

11.01.2025

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

“Zirə” məşqçi Borçe Xristovla yollarını ayırıb. 

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Şimali Makdeoniya Futbol Federasiyasının müraciətini nəzərə alan Bakı təmsilçisi çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Mütəxəssis bundan sonra karyerasını vətənində davam etdirəcək. O, Şimali Makedoniya Futbol Federasiyasının təhsil mərkəzinin direktoru vəzifəsində çalışacaq və yeniyetmələrdən ibarət milli komandaların strategiyası və hazırlığına rəhbərlik edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью