53 il sonra tarix yazdılar

15.05.2025

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

İtaliya kubokunun finalında “Milan”ı məğlub edən “Bolonya” ilə bağlı maraqlı statistika açıqlanıb.

Metbuat.az xəbər verir ki, “Bolonya” 1974-cü ildən bəri ilk dəfə İtaliya kubokunu qazanıb və bu klubun qazandığı ümumilikdə üçüncü kubok olub.

Qeyd edək ki, “Milan” - “Bolonya” oyunu 1:0 hesabı ilə bolonyalıların xeyrinə başa çatıb. 53-cü dəqiqədə Ndoyenin qolu “Bolonya”ya kuboku qazandırıb. Bununla da, “Bolonya” tarixində 3-cü dəfə İtaliya Kubokunu öz muzeyinə aparıb. “Bolonya” daha əvvəl 1970 və 1974-cü illərdə bu sevinci yaşayıb. Tarixində 5 dəfə bu kuboku qazanan "Milan" 2003-cü ildən sonra ilk dəfə finalda məğlubiyyətlə üzləşib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью