53 illik həsrət bitdi “Nyu York Niks” çempion!

14.06.2026

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Nyu-York Niks” 53 ildən sonra NBA çempionu olub.

Apasport.az xəbər verir ki, Nyu-York təmsilçisi final seriyasında “San-Antonio Spörs”ü məğlub edərək tarixi uğura imza atıb.

Seriyanın 5-ci matçı San-Antonioda keçirilib.

Gərgin mübarizə şəraitində baş tutan görüşdə “Niks” 94:90 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra final seriyasında ümumi hesab 4:1 olub və “Nyu-York Niks” 1973-cü ildən sonra ilk dəfə NBA çempionu titulunu qazanıb.

Komandanın lideri Ceylen Branson həlledici qarşılaşmanın əsas qəhrəmanı olub. Ulduz basketbolçu 45 xal toplayaraq “Niks”i çempionluğa daşıyıb. O, final seriyasındakı çıxışına görə NBA finalının ən dəyərli oyunçusu – MVP seçilib.

“Niks” matçın gedişində çətin anlar yaşasa da, son periodda üstün oyun sərgiləyərək geri dönüş etməyi bacarıb. Xüsusilə Bransonun həlledici dəqiqələrdəki performansı Nyu-York klubuna uzun illərdən sonra çempionluq sevinci yaşadıb.

Qeyd edək ki, “Nyu-York Niks” sonuncu dəfə 1973-cü ildə NBA çempionu olmuşdu.

Branson şou göstərdi – “Nyu-York” finala qələbə ilə başladı Millimiz Polşaya da qalib gəldi - YENİLƏNİB FIBA-nın milli təlimçisi Ələkbər Həsənov Bolqarıstanda seminarda iştirak edib Millimiz bu gün iki matç keçirəcək Azərbaycan millisi Kutaisidə keçirilən beynəlxalq turnirdə 4-cü olub
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью