53 yaşlı velosipedçini maşın vurub öldürdü

21.11.2024

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə rayonun Dəhnəxəlil kəndində baş verib.

Seymur İsmayılov “Mercedes” markalı avtomobillə yolun əks hərəkət istiqamətində velosipedlə hərəkət edən Şəmsabad kənd sakini 1971-ci il təvəllüdlü Qalib Vahabovu vurub.

Ağır xəsarətlər alan velosipedçi xəstəxanada vəfat edib.

Faktla bağlı Ağdaş RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью