53 yaşlı velosipedçini maşın vurub öldürdü

21.11.2024

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Dəhnəxəlil kəndində baş verib.

Seymur İsmayılov "Mercedes-Benz" markalı avtomobillə yolun əks istiqamətində velosipedlə hərəkət edən Şəmsabad kənd sakini 1971-ci il təvəllüdlü Qalib Vahabovu vurub.

Ağır xəsarətlər alan velosipedçi xəstəxanada vəfat edib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью