535 güzəştli mənzil bir anda seçildi MİDA dan açıqlama

04.09.2026

Icma.az bildirir, Marja.az portalına istinadən.

Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Lənkəran Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksində yerləşən ümumilikdə 535 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesinə 04.09.2026-cı il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi müvafiq qaydalara uyğun olaraq həyata keçirilmişdir.

Bu barədə Marja.az-a agentlikdən bildirilib.

Satışa çıxarılan 535 mənzilin hamısı vətəndaşlar tərəfindən uğurla seçilmişdir.

Mənzillərin seçimi prosesinə Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən "AzInTelecom” MMC-nin və media nümayəndələrinin iştirakı ilə nəzarət edilmişdir.

Seçim mərhələsi başa çatdıqdan sonra isə Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndəsi “Güzəştli mənzil” sistemində aparılan təkmilləşdirmə işləri, mənzil seçimi mərhələlərində edilən dəyişikliklər və xüsusi proqram təminatları vasitəsilə mənzillərin daha sürətli seçilməsinin qarşısının alınması məqsədilə seçim prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş etdirmişdir.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi də bu gün saat 12:00-da başlayacaq və 16:00-dək davam edəcəkdir.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью