54 yaşlı kişi göbələkdən zəhərləndi

07.11.2024

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şabranda 54 yaşlı kişi göbələkdən zəhərlənib

"Unikal"ın Şimal bürosunun məlumatına görə, rayon sakini, 1970-ci il təvəllüdlü Nürəddin Quliyev zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, N.Quliyev meşə sahəsində göbələk yığıb, onu bişirərək yeyib.  Göbələk yedikdən bir qədər sonra isə O, özünü pis hiss etməyə başlayıb.

N.Quliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzarətə götürülüb.

Xanlar Qaraca


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью