54 yaşlı kişini hədələyib soydular VİDEO | Icma.az
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır. Paytaxtın Nizami rayonunda 54 yaşlı şəxsə qarşı quldurluq edilib.
Zərərçəkən polisə müraciət edərək bir neçə gün əvvəl iki nəfər naməlum şəxsin onu kəsici alətlə hədələyərək gödəkçəsində olan pul vəsaitini ələ keçirdiklərini bildirib.
gödəkçəsində olan pul vəsaitini ələ keçirdiklərini bildirib.
Bakupost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 42 yaşlı Cabir Ələkbərov və 34 yaşlı Nazir İsmayılov müəyyən edilərək saxlanılıblar.Şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər tədbirlərlə isə rayon ərazisindəki market və ticarət mərkəzlərinin birindən mobil telefon, eləcə də qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 37 yaşlı İxtiyar Nəbiyev və daha iki şəxs saxlanılıb.Bundan başqa Nizami rayonunda polis əməkdaşları kuryerlik edən şəxslərin motosikletlərini oğurlamaqda şübhəli bilinən Elvin İmanov və Samir Hüseynovu da saxlayıblar.Qeyd edək ki, hadisələrin hər biri təhlükəsizlik kameraları vasitəsilə də anbaan qeydə alınıb.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu