54 yaşlı Lənkəran sakinini maşın vurub

16.01.2026

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə axşam saatlarında Lənkəran şəhərinin Zərifə Əliyeva küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan nəqliyyat vasitəsi piyada – Lənkəran şəhər sakini, 1972-ci il təvəllüdlü Rəşad Valqaddin oğlu Qədirovu vurub. Nəticədə 54 yaşlı piyada xəsarət alıb.

Yaralı əraziyə çağırılan təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona başın gicgah nahiyəsinin əzilmiş-didilmiş yarası diaqnozu qoyublar. Hazırda R.Qədirovun müalicəsi xəstəxanada davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Mətləb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью