55 idmançı arasında 5 ci

30.01.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Andorrada keçirilən “Trofeu Borrufa” adlı beynəlxalq xizək yarışında Azərbaycan təmsilçisi uğurlu çıxış edərək aktivinə xallar əlavə edib.

U14 kateqoriyasında ilk dəfə çıxış edən idmançımız Chanelle Axelsson dağ xizəyinin nəhəng slalom növü üzrə keçirilən yarışında 17 ölkəni təmsil edən 55 idmançı arasında 5-ci yerə sahib olub.

Qeyd edək ki, “Trofeu Borrufa” gənc və perspektivli xizəkçilərin iştirakı ilə keçirilən, dünya xizək təqvimində xüsusi yer tutan yarışlardan biri hesab olunur.

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью