Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tam 55 il əvvəl bu gün bəşər övladı daha bir sürət rekorduna imza atdı.
Avtosfer.az xəbər verir ki, 1970-ci il oktyabrın 24-də avtomobildə ilk dəfə 1000 km/saat sürət qeydə alındı.
Amerikalı harri Qabeliçin idarə etdiyi “Blue Flame” adlı avtomobil səhrada test zamanı 1014 km/saat sürət yığdı. Raket-avtomobilin bu sürətə çatmaqsı üçün cəmi 1 kilometr kifayət edir. Maşını hərəkətə 35 min at gücündə raket mühərriki hərəkətə gətirirdi.
O vaxt daha güclü mühərrik quraşdırmaq mümkün olsa da, təkər istehsalçısı şinlərin bu sürətə dözməyəcəyini bildirdi. Növbəti rekordlar metal təkərlərlə qeydə alınıb.
Hazırda avtomobil Zinsxaym Texniki Muzeyində (Almaniya) saxlanılır.
Vüqar