futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Vulverhempton” klubu hücumçusu Yorgen Larsen üçün “Nyukasl”dan ikinci təklifi alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. “Sağsağanlar” norveçli futbolçu üçün təklifi 55 milyon funt-sterlinqə qaldırıb. “Vulverhempton” bu təklifi də rədd edib.
“Nyukasl” daha öncə “canavarlar”a 50 milyon funt-sterlinq təklif etmiş və “yox” cavabı almışdı.
Larsen ötən mövsümdə Premyer Liqada 35 oyunda 14 qol vurub.