55 nömrəli avtobus qəza törətdi (Foto)

05.08.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı şəhəri Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində 55 nömrəli marşrut avtobusunun iştirakı ilə qəza baş verib.

Hadisə barədə Milli.Az-a müraciət edən vətəndaş bildirib ki, avtobus onun dayandığı istiqamətdə üzərinə gəlib.

Vətəndaş avtobusdan yayınmaq üçün kənara çəkilib.

Bu zaman avtobus, kənarda dayanan skuterlərə çırpılıb və skuterlərə zərər dəyib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью