5+5 yaşım olur Aygün Kazmova

26.01.2026

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xəbər verdiyimiz kimi, bu gün Xalq artisti Aygün Kazımovanın ad günüdür. 

Axşam.az xəbər verir ki, sənətçi 55 illik yubileyini şəhər restoranlarından birində təmtəraqlı şəkildə qeyd edir. Pop kraliça ağ lələkli libasda səhnəyə çıxaraq gələn qonaqları salamlayıb:

"Bu gün "5+5" yaşım olur. Yaşımla fəxr edirəm. Ad günlərimi, bu bayramı çox sevirəm. Yenə də ənənəyə sadiq olaraq ad günümü sizinlə, sənət dostlarımla birlikdə konsert, şou formatında qeyd edirəm. Artıq 40 ildir ki, ad günlərimi sizinlə birlikdə keçirirəm. Gəlişi, təbriki, musiqi ilə xoşbəxt gününümdə iştirak edən hər bir kəsə minnətdaram. Çox sağ olun ki, buradasınız. İnanıram ki, inanılmaz bir gün olacaq. Az da olsa, biz də dincələk, əylənək. Bu gün həmin o gündür ki, özünüzə tamamilə rahat olmağa icazə verə bilərsiniz. Hamınıza xoş əyləncə və istirahət arzu edirəm".

Qeyd edək ki, gecədə şou-biznes nümayəndələri və Aygün Kazımovanın dostları iştirak edirlər.

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью