55 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü

27.12.2025

Icma.az, Milli.az saytına istinadən bildirir.

Ağdərə rayonunda kişi bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az xəbər verir ki, hadisə rayonun Umudlu kəndində baş verib.

Kənd sakini, 1970-ci il təvəllüdlü Möhübbət Qayım oğlu Xıdırov kənd ərazisində hündürlükdən yıxılıb.

Hadisə nəticəsində o, aldığı ağır kəllə-beyin travmasından hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparır.

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью