55 yaşlı ulduz ilk dəfə ata OLACAQ

11.08.2026

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Dəlilər” serialında Don Draper obrazını canlandıran aktyor Con Hamm 55 yaşında ilk dəfə ata olacaq.

Redaktor.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Con Hamm həyat yoldaşı, aktrisa Anna Oskola ilə çimərlikdə görüntülənib. Jurnalistlər aktrisanın qarnının nəzərəçarpacaq dərəcədə böyüdüyünü müşahidə ediblər. Nəşr Anna Oskolanın hamiləliyinin ikinci trimestrində olduğunu ehtimal edib.

Cütlük hələlik ailələrinə yeni üzvün gələcəyi ilə bağlı xəbərləri təsdiqləməyib.

Qeyd edək ki, Con Hamm “Dəlilər” serialında Don Draper obrazı ilə məşhurlaşıb. Aktyor bu rola görə 2008 və 2016-cı illərdə “Qızıl qlobus” mükafatına layiq görülüb. Onun filmografiyasında 120-dən çox ekran işi var.

Anna Oskola isə “Dostlar və qonşular”, “Universitet”, “Bull”, “Dəniz polisi: Xüsusi bölmə” və “Dəlilər” kimi layihələrdə rol alıb.

NURİYYƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью