5500 Ukrayna hərbçisi mühasirəyə düşüb Puşilin

28.10.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Silahlı Qüvvələri ehtiyat qüvvə toplamasına baxmayaraq , Krasnoarmeyskdə uzun müddət dayanmayacaq.

Axar.az xəbər verir ki, bunu Donetsk "respublikasının" qondarma rəhbəri Denis Puşilin deyib.

"Krasnoarmeysk sektorunda mühüm irəliləyiş var. Dünən eşitdik ki, təxminən 5500 nəfər Krasnoarmeysk yaxınlığında faktiki olaraq mühasirəyə alınıb, çünki onların təchizat yolları tamamilə kəsilib. Düşmənin hətta toplanmış sursat və ərzaq ehtiyatı olsa belə, uzun müddət dayana bilməyəcək", - Puşilin bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью