56 yaşlı kişi bıçaqlandı

03.04.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Ağdaşda bıçaqlanma hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Aral-1 kəndində baş verib.

Belə ki, 1969-cu il təvəllüdlü rayon sakini Kərimov Nəriman Qüddəsər oğlu mübahisə zəminində bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralının durumu orta-ağır olaraq dəyərləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью