56 yaşlı kişi evində sevgilisi ilə içki məclisi qurdu, sonda isə... TƏFƏRRÜAT | Icma.az
Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır. Abşeron rayonunda 1969-cu il təvəllüdlü Məhəmməd şəxsi münasibətlər zəminində yarana
Demokrat.az xəbər verir ki, hadisə 29 dekabr 2024-cü ildə rayonun Novxanı qəsəbəsində baş verib.
Məhəmməd həmin gün saat 13 radələrində yaşadığı evdə tanışı Nigar ilə yemək yeyib, alkoqollu içki qəbul edib.
O, alkoqol sərxoşluğunda olarkən Nigarın evdən getmək istəməsindən əsəbiləşib və bununla bağlı ona irad bildirib.
Həmin vaxt tərəflər arasında şəxsi münasibətlər zəminində yaranmış narazılıqla əlaqədar Məhəmməd Nigarın üzərinə hücum edib.
Əvvəlcə sifətindən bir dəfə şillə ilə zərbə endirib, əlləri ilə paltarının yaxasından tutaraq kənara itələməklə onun başını evin qapısına vurub.
Hadisəni törədən Məhəmmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhəmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Tam oxu
Xəbəri oxu