56 yaşlı siyasətçi “taclandırılıb”

17.07.2026

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Endi Börnhem Böyük Britaniya Leyborist Partiyasının yeni lideri olub. 

Bu barədə açıqlamanı partiyanın Milli İcraiyyə Komitəsinin sədri Şabana Mahmud Böyük Britaniyadakı hakim partiyanın xüsusi konfransında verib. 

“Cebheinfo.az” xəbər verir ki, mətbuat konfransı  “Sky News”-da canlı yayımlanıb.

Leyboristlər Partiyasının hakimiyyətdə olması ilə 56 yaşlı siyasətçi Kir Starmerin istefa vermək qərarından sonra baş nazir vəzifəsini icra edəcək. Dauninq küçəsində liderlik dəyişikliyi iyulun 20-nə planlaşdırılıb.

Leyboristlər Partiyasının liderliyinə namizədlik müddəti iyulun 15-də başa çatıb, lakin Böyük Mançesterin keçmiş meri Börnhemdən başqa heç kim namizəd olmayıb. 

O, 403 leyborist millət vəkilindən 369-nun və partiyaya bağlı bütün həmkarlar ittifaqlarının dəstəyini qazandı. Beləliklə, o, Leyboristlər Partiyasının rəqibsiz lideri olub və ya Britaniya mediasının dediyi kimi, "taclandırılıb".

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью