Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Türkiyədə sentyabr ayında ərzaq inflyasiyası ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 bənd azalaraq illik 27,6 faiz səviyyəsində qərarlaşıb.
Axar.az xəbər verir ki, bunu Türkiyənin maliyyə naziri Mehmet Şimşək sentyabr ayının inflyasiya göstəricilərini açıqlayarkən deyib.
“Geosiyasi risklər və enerji xərcləri inflyasiyaya təzyiq göstərməkdə davam edir. İllik inflyasiya 57 ayda ilk dəfə 30%-dən aşağı düşüb. Nəqliyyat istisna olmaqla, inflyasiyanın azalması geniş yayılır”, - nazir əlavə edib.
Şimşək vurğulayıb ki, Mərkəzi Bankın hesablamalarına görə, müharibə olmasaydı, bu il inflyasiya 7 faiz aşağı ola bilərdi:
“Təhsil sahəsində inflyasiya isə illik müqayisədə 17,5 bənd azalaraq 48,6 faiz təşkil edib. İllik kirayə haqqı inflyasiyası ötən ilin eyni ayı ilə müqayisədə 27,8 bənd azalaraq 41,3 faizə düşüb.Aparıcı göstəricilər kirayə haqqı inflyasiyasındakı azalma meylinin davam edəcəyini göstərir".