57 yaşlı Cennifer Lopez belə formada qalır

26.11.2026

Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.

Məşhur müğənni Cennifer Lopez sağlamlıq və formada qalma vərdişləri barədə danışıb.

BAKU.WS xəbər verir ki, o iştirak etdiyi podkastda şəxsi təcrübələrini bölüşüb.

57 yaşlı ulduz, illər əvvəl məşq rejimində etdiyi dəyişikliklərin həyatında mühüm dönüş nöqtəsi olduğunu bildirib.

Səhnə şouları və fiziki forması ilə hər zaman gündəmdə olan Lopez müntəzəm idmanla məşğul olduğunu, xüsusilə də ağırlıq məşqlərinə üstünlük verdiyini vurğulayıb. Təxminən 8-10 il əvvəl bu rejimə başladığını deyən müğənni nəticəni belə ifadə edib:

"Müntəzəm idman edirəm və xüsusilə ağırlıqla çalışıram. Bu rejimə təxminən 8-10 il əvvəl başlamışam. Bu qərar mənim üçün həqiqətən hər şeyi dəyişdi. Əzələ üzərində işləmək mənə həm fiziki güc, həm də tamamilə fərqli bir enerji qazandırdı".

Gənclik illərində qida rasionunda özünü o qədər də məhdudlaşdırmadığını qeyd edən sənətçi yaş artdıqca vərdişlərini dəyişdiyini söyləyib.

Onun sözlərinə görə, əvvəllər düyü, lobya, çörək, kərə yağı və qızartma kimi qidaları tez-tez istehlak edirdisə, indi əsasən zülal və tərəvəzli qidalanmaya üstünlük verir.

Lopezin açıqlamalarında diqqət çəkən digər məqam isə kafeinlə bağlıdır. Gün ərzində bol su içdiyini deyən ifaçı qəhvə daxil olmaqla, tərkibində kafein olan bütün içkilərdən imtina etdiyini açıqlayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью