57 yaşlı futbolçu 40cı mövsümünü keçirəcək

14.11.2024

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Dünyanın peşəkar futbolçu karyerasını davam etdirən ən yaşlı oyunçusu olan Kadzuesi Miura futbolla vidalaşmağı düşünmür.

QOL.az xəbər verir ki, 57 yaşlı hücumçu hazırda icarə əsasında çıxış etdiyi "Atletiko Suzuka"da (Yaponiya) daha bir mövsüm oynayacaq.

Yaponiya millisinin sabiq üzvü bu haqda sosial şəbəkə hesabında paylaşım edib. Yeni mövsüm onun karyerasında 40-cı mövsüm olacaq.

Qeyd edək ki, 1990-cı ildən 2000-ci ilə qədər Yaponiya millisində çıxış edən K.Miura 55 qol vurub.  O, İtaliya, Xorvatiya , Avstraliya və Portuqaliya klublarında da forma geyinib.

Peşəkar karyerasına 1986-cı ildə Braziliyanın "Santos" klubunda başlayan Miura ümumilikdə 18 kubok qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью