57 yaşlı kişi parkda gəzərkən Kürə düşüb öldü

30.07.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Mingəçevirdə Kür çayına düşən 57 yaşlı kişi dünyasını dəyişib.

"Unikal"ın  məlumatına görə, hadisə Kür çayının Mingəçevir şəhərinin mərkəzindən keçən hissəsində baş verib. Belə ki, Sahil parkı zolağında gəzən 1969-ci il təvəllüdlü Yusifov Fikrət Hacıbala oğlu qəfildən Kür çayına yıxılıb. FHN-nin sahildə yan alan xilasetmə qrupu batmaq üzrə olan  şəxsi sahilə çıxararaq həkim briqadasına təhvil verib. Xəstəxanaya çatdırılan şəxsi tibb işçilərinin bütün cəhdlərinə rəğmən xilas etmək mümkün olmaylb.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью