57 yaşlı kişini it dişlədi FOTO

09.07.2025

Sfera.az saytına istinadən Icma.az xəbər verir.

Kürdəmirdə 57 yaşlı kişini it dişləyib.

Sfera.az xəbər verir ki, hadisə rayonun Qarasu kəndi ərazisində qeydə alınıb.

Belə ki, Qarabucaq kənd sakini 1968-ci il təvəllüdlü Məmişov Rövşən Əbil oğlu kənd ərazisində olarkən sahibsiz itlərin hücumuna məruz qalıb və it onun sol qolunu dişləyib.


Xəsarət alan yaralı dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
 

Hazırda onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью