58 illik ömrünün böyük bir hissəsini həbsdə keçirib “Gedib özüm dedim ki, həbs olunmaq ist…
Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Siyəzən rayon sakini Şamil Quliyev 58 illik ömrünün böyük bir hissəsini həbsdə keçirib.
Hələ sovet dövründən qəsdən adam öldürmə, daha sonra oğurluq kimi cinayətlərə görə cəza çəkmiş Şamil Quliyev indi də 8 aydır ki, qanunsuz silah saxlama ittihamı ilə həbsdədir.
Bizimyol.info xəbər verir ki, o, “Samur-Abşeron” su kanalının Siyəzən rayonunun ərazisindən keçən hissəsində “Kalaşnikov” avtomatını, 9 ədəd patron, 1 ədəd patron darağını torpağa basdırıb gizlətməkdə ittiham olunur.
Şamil Quliyev məhkəmədə ifadəsində bildirib ki, onunla eyni həyətdə yaşayan bəzi qohumları narkomaniya xəstəliyinə düçar olub.
Bu səbəbdən onlarla münasibətlərində gərginlik yaranır. Bu cür gərginliklərə görə üstündə bəzən bıçaq gəzdirməli olurdu.
Hətta aralarındakı mübahisəyə - qapısının sındırılmasına görə polisə şikayət etmişdi.
Şamil Quliyev məhkəmədə ifadəsində qeyd edib ki, baş verənlərə dözməyib, həbsindən təxminən bir həftə əvvəl polis əməkdaşına həbs olunmaq istədiyini bildirib.
Tam oxu
Xəbəri oxu