Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ağır çəkili boks üzrə 58 yaşlı keçmiş dünya çempionu Mayk Tayson özündən 30 yaş kiçik Ceyk Pol ilə rinqə noyabrın 15-də çıxacaq.
"Cebheinfo.az" xəbər verir ki, "YouTube"-dan rinqə keçən 27 yaşlı Ceyk Polla Tayson arasındakı boks görüşü şou üçün deyil.
Tayson-Paul döyüşü peşəkar boks görüşü kimi qeydə alınıb. Paul peşəkar boksçu kimi keçirdiyi 11 görüşdən 10-da qalib gəlib.
Mayk Taysonun mədə narahatlığından əziyyət çəkdiyi üçün iyul ayına planlaşdırılan matç noyabr ayına təxirə salınıb.
Medianın böyük marağı ilə iki döyüşçünün hazırlıq prosesi sənədli filmə çevrilib.
Məşq prosesi ilə bağlı Tayson, "Dəsmal atsam deyə düşünənlər vardı, amma hələ də buradayam. Məşq bitdi" deyib.
Bu matçdan rinq əfsanəsinin 20 milyon dollar qazanacağı deyilir. Paul isə müsahibəsində “40 milyon dollar” alacağını qeyd edib.