58 yaşlı qadın ayının qurbanı oldu

24.04.2026

Icma.az, 525.az saytına istinadən bildirir.

Faciə dünən Polşanın cənub-şərqində, Beşada bölgəsinin Plonna kəndi yaxınlığında baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, kənd yaxınlığında qonur ayı 58 yaşlı qadına hücum edib.

Çətin relyefli yerə xilasedicilər gələnə kimi qadın canını tapşırıb. Ayını isə tapmaq mümkün olmayıb.

Qeyd edək ki, Polşada ümumilikdə 100 civarında qonur ayı yaşayır. Onlardan 80-i Beşada meşələrində məskunlaşıb.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью