5800 dək şəxs işlə təmin edildi

06.07.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə bu il daha 1001 şəxsin işlə təminatı həyata keçirilib.

Axar.az xəbər verir ki, onların məşğulluğu üçün 190 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb. 2020-ci ildə icrasına başlanan bu proqram üzrə ötən dövrdə ümumilikdə 5800-dək şəxs iş yeri əldə edib.

“İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı çərçivəsində məşğulluğu təmin olunan şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsini Dövlət Məşğulluq Agentliyi ödəyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью