Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hollivud ulduzu Holli Berri yay tətilini Fici adasında keçirir.
Axşam.az xəbər verir ki, "Oskar" mükafatlı aktrisa nişanlısı Van Hantla birlikdə adada dincəlir. 59 yaşlı sənətçi tətil zamanı çəkdirdiyi fotoları sosial şəbəkə hesabında paylaşıb.
Holli Berrinin hovuz və okean kənarında çəkdirdiyi cəsarətli fotoları diqqət çəkib. Aktrisa görüntüdə çılpaq günəş vannası qəbul edib, sinəsini saman papaqla örtüb.
Berri paylaşımında çimərlikdə romantik şam yeməyi, nişanlısı ilə gəzintilər və qayıq səyahətindən görüntülərə də yer verib. O, həmçinin tətil üslubunda geyimlərini nümayiş etdirib.
Qeyd edək ki, Holli Berri tez-tez formada qalmaq üçün etdiyi məşqlərdən də izləyiciləri ilə görüntülər paylaşır.