59 yaşlı əfsanə yenə fərqləndi

26.07.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Dünyanın ən yaşlı peşəkar futbolçusu olan Kadzuyosi Miura son 4 ildə ilk dəfə rəsmi matçda qol vurub.

Futbolpress.az xəbər verir ki, Yaponiyanın 3-cü diviziyasında çıxış edən “Fukusima Yunayted”in hücumçusu İmperator Kubokunun təsnifat mərhələsində “İvaki Furukava” ilə oyunda fərqlənib. Miuranın komandası həmin görüşdə 7:0 hesablı qələbə qazanıb.

Müqavilə ilə “Yokohama”ya məxsus olan 59 yaşlı hücumçu bu ilin iyununda icarə əsasında “Fukusima”ya keçib.

2005-ci ildən “Yokohama”nın heyətində çıxış edən Miura karyerası ərzində icarə əsasında “Palmeyras”, “Koritiba”, “Santos”, “Cenoa” kimi komandalarda da çıxış edib. O, iki dəfə Yaponiya çempionu olub, milli komandanın heyətində isə 1992-ci ildə Asiya Kubokunun qızıl medallarını qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью