59 yaşlı qadını avtomobil vuraraq öldürüb

01.04.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Bakıda avtomobil qadını vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində qeydə alınıb.

1996-cı il təvəllüdlü Elçin Qəhrəmanov idarə etdiyi "VAZ 21 010" markalı avtomobillə 1966-cı il təvəllüdlü Xatirə Məmmədovanı vurub.

Qadın xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Xatirə Məmmədova ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью