597 bal toplayan tələbə vəfat etdi FOTO

15.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycan Tibb Universitetinin (ATU) Stomatologiya fakültəsinin III kurs 422A-2a qrup tələbəsi Hüseynova Nərmin Kamal qızı vəfat edib.

"Cebheinfo.az" xəbvər verir ki, bu barədə ATU-nun Mətbuat xidmətindən bildirilib.

Nərmin Hüseynova 2022-ci ildə Akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 N-li məktəb-liseyi fərqlənmə ilə bitirib.

2022-ci ildə 597.3 balla Azərbaycan Tibb Universitetinin Stomatologiya ixtisasına dövlət sifarişi əsasında qəbul olunub.

ATU rəhbərliyi, professor-müəllim heyəti və tələbələri adından mərhumun ailəsinə başsağlığı verilib.

Allah rəhmət eləsin!

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью